WhatsApp
Telefon
Instagram

(FT06) F/UTP Cat 6 şəbəkə kabeli

       

(FT06) F/UTP Cat 6 şəbəkə kabeli

0AZN

Burulmuş cütlər xaçşəkilli ayırıcı üzərində bükülərək qoruyucu lent və alüminium ekranla örtülür. Ekran sayəsində elektromaqnit təsirlərə qarşı dayanıqlıdır. Xarici mühafizə örtüyü PVC və ya LSZH materialdan hazırlanır. Mükəmməl ötürmə keyfiyyəti ilə kateqoriya 6 tələblərinə cavab verir.
Kabel informasiya-kommunikasiya sistemlərində, data, səs və video siqnalların ötürülməsi üçün nəzərdə tutulur. Gigabit Ethernet 1000Base-T, Fast Ethernet 100Base-T, Token Ring, ISDN və digər yüksək sürətli sistemləri dəstəkləyir.

Materiallar

  • Keçirici damar: yumşaq mis

  • İzolyasiya: yüksək sıxlıqlı polietilen

  • Xarici örtük: PVC/LSZH (boz rəng)

  • Ekran: alüminium lent

  • Qoruyucu lent: PETF

  • Ekranlı axın naqili: qalaylanmış mis

Texniki xüsusiyyətlər

  • Mis damar diametri: 0.57 mm (23AWG)

  • Xarici diametr: 6.4–8.0 mm

  • İşçi temperatur: -20°C...+60°C

  • Standart qabləşdirmə uzunluğu: 305 ± 5 m

  • Dalğa müqaviməti: 85–115 Ohm

  • Maks. işçi tutum: 5.6 nF/m

  • Keçirici müqavimət: 95 Ohm/km

Ölçülər
4×2×0.57 mm