WhatsApp
Telefon
Instagram

(N2XY / N2XY-fl / N2XY-LS) Mis damarlı 0.6/1.0 kV güc kabeli

       

(N2XY / N2XY-fl / N2XY-LS) Mis damarlı 0.6/1.0 kV güc kabeli

0AZN

N2XY, N2XY-fl və N2XY-LS kabelləri dielektrik itkilərinin çox az olduğu enerji ötürmə xətləri üçün nəzərdə tutulub. Yaşayış və sənaye binalarında, açıq havada, torpaq altında və kabel kanallarında istifadə olunur.
Kabelin keçirici damarı misdən hazırlanıb, izolyasiyası XLPE, dolğusu və örtüyü isə PVC materialındandır.
Nominal işçi gərginlik 0.6/1.0 kV, damar sayı 1–5-dir. Maksimum istismar temperaturu +90 °C, qısa qapanma zamanı isə +250 °C/5 s təşkil edir.
Minimum bükülmə radiusu tək damarlı kabellər üçün 15D, çoxdamarlı kabellər üçün isə 12D-dir.
Bu kabel uzunömürlü, mexaniki təsirlərə və nəmliyə qarşı davamlıdır, həmçinin yüksək keçiriciliyi ilə fərqlənir.

Texniki göstəricilər

  • Nominal gərginlik: 0.6/1.0 kV

  • Damarlıq sayı: 1–5

  • İstismar temperaturu: +90 °C

  • Qısa qapanma temperaturu: +250 °C/5 s

  • Minimum bükülmə radiusu: 15D / 12D

  • Ən çox istifadə olunan ölçülər:
    1×10, 1×50, 1×95, 3×16, 3×50, 3×120, 3×240, 4×16, 4×95, 5×10, 5×25 mm²

Ölçülər
2×1,5-dən 2×35-ə qədər
3×1,5-dən 3×70-ə qədər
4×1,5-dən 4×240-a qədər
5×1,5-dən 5×240-a qədər