WhatsApp
Telefon
Instagram

(PET-155) Lak izolyasiyalı mis sarğı naqili

       

(PET-155) Lak izolyasiyalı mis sarğı naqili

0AZN

PET-155 markalı sarğı naqili elektrik mühərriklərində, relelərdə, ölçmə cihazlarında, transformatorlarda və generatorlarda istifadə üçün nəzərdə tutulmuşdur.
Naqil poliefirimid əsaslı istiliyədavamlı lakla izolyasiya edilmiş mis məftildən ibarətdir və 155°C-yə qədər sabit işləmə qabiliyyətinə malikdir.
Məhsul mexaniki möhkəmliyi, dielektrik davamlılığı və uzun istismar müddəti ilə fərqlənir.

Konstruksiya

  • Dairə formalı bərk mis məftil

  • I-ci tip poliefirimid tərkibli lak izolyasiya

Texniki parametrlər

  • Maksimal işçi temperatur: 155°C, 180°C, 200°C

  • Minimal işçi temperatur: –80°C

  • Temperatur İndeksi: 155 (ГОСТ 10519)

  • Məftil diametri: 0,63 – 2,5 mm

  • İstismar müddəti: 30 il