WhatsApp
Telefon
Instagram

(PETD 200-1 / PETD 200-2) Yüksək temperaturadavamlı lak izolyasiyalı mis sarğı naqili

       

(PETD 200-1 / PETD 200-2) Yüksək temperaturadavamlı lak izolyasiyalı mis sarğı naqili

0AZN

PETD 200 markalı sarğı naqilləri yüksək istiliyə davamlı lak izolyasiyası ilə fərqlənir və relelərdə, mühərriklərdə, generatorlarda, ölçü cihazlarında, sənaye və məişət tipli elektrik avadanlıqlarında, eləcə də quru tip transformatorlarda istifadə üçün nəzərdə tutulmuşdur.
Naqil yüksək mexaniki möhkəmliyə, istiliyədavamlılığa və uzunömürlülüyə malikdir, 200°C-yə qədər temperaturda sabit dielektrik xüsusiyyətlərini saxlayır.

Konstruksiya

  • Dairə formalı bərk mis məftil

  • I-ci tip poliefirimid tərkibli lak izolyasiya

  • II-ci tip poliamidimid tərkibli lak izolyasiya (PETD-200-2 üçün)

Texniki parametrlər

  • Maksimal işçi temperatur: 155°C, 180°C, 200°C

  • Minimal işçi temperatur: –80°C

  • Temperatur İndeksi: 200 (ГОСТ 10519)

  • Məftil diametri: 0,63 – 4,00 mm

  • İstismar müddəti: 30 il