WhatsApp
Telefon
Instagram

(UT06) U/FTP Cat 6 şəbəkə kabeli

       

(UT06) U/FTP Cat 6 şəbəkə kabeli

0AZN

Burulmuş cütlər ayrıca-ayrılıqda alüminium lentlə ekranlanaraq axın naqili ilə birlikdə bükülür və xarici mühafizə örtüyü ilə izolyasiya edilir. Hər bir cütün ayrıca ekranlanması elektromaqnit təsirlərdən daha yüksək səviyyədə qorunma təmin edir. Xarici örtük PVC və ya LSZH materialdan hazırlanır.
Bu kabel informasiya-kommunikasiya sistemlərində data, səs və video ötürülməsi üçün istifadə olunur. Gigabit Ethernet 1000Base-T, 100Base-TX, 10GBase-T, ATM 155 Mbit/s, ATM 622 Mbit/s və digər yüksək sürətli sistemləri dəstəkləyir.

Materiallar

  • Keçirici damar: yumşaq mis

  • İzolyasiya: köpüklü polietilen

  • Xarici örtük: PVC/LSZH (boz rəng)

  • Ekran: alüminium lent

  • Ekranlı axın naqili: qalaylanmış mis məftil

Texniki xüsusiyyətlər

  • Mis damar diametri: 0.57 mm (23AWG)

  • Kabelin xarici diametri: ≈ 7.0 mm

  • Minimal əyilmə radiusu: 10×D

  • İşçi temperatur: -30°C…+80°C

  • Standart qabləşdirmə uzunluğu: 305 ± 5 m

  • Dalğa müqaviməti: 85–115 Ohm

  • Keçirici müqavimət: 95 Ohm/km

  • Maks. işçi tutum: 5.6 nF/m

Ölçülər
4×2×0.57 mm